Vətən müharibəsindən sonra 24 Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib
Tarix: 7-07-2022, 23:30 | Çap et


Vətən müharibəsindən sonra 24 nəfər (18 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanmış şəxslər olub. Beləliklə, Vətən müharibəsi və sonrakı dövrdə 19 nəfər (2 nəfər mülki, 17 hərbçi) əsir və girovluqdan azad edilib.

O da bildirilib ki, Vətən müharibəsində itkin düşmüş şəxslərin sayı 6 nəfərdir, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xatırladaq ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yenilənmiş saytında məlumat qeyd edilmişdi. Komissiyanın saytı müasir çağırışları nəzərə alaraq yenilənib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net