Vaşinqtonda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
“Bu ilin payızında Vaşinqtonda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının beşinci iclası keçiriləcək”.
APA xəbər verir ki, bu barədə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, Azərbaycan hökuməti bu istiqamətdə hazırlıqlara başlayıb.