Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov Kiyevdən son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün də Ukraynanın bir neçə vilayət və şəhərləri Rusiya silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qalıb. Nəticədə yaşayış sahələrinə ciddi ziyan dəyib, ölən və yaralananlar var.
Bundan əlavə Donetsk və Luqanskda ağır döyüşlər davam edir. Orada Ukrayna vətəndaşı olan mülki azərbaycanlı raket zərbələri nəticəsində həlak olub. Onun ad və soyadı dəqiqləşdirilir.