Türkiyə Prezidenti Suriyada yeni antiterror əməliyyatının anonsunu verib
Tarix: 27-06-2022, 22:23 | Çap et


"Suriya ilə sərhədimizdə yaratmağa başladığımız təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə həm terrorla mübarizə, həm də regional böhranlarda problemlərin həlli konsepsiyasını uğurla həyata keçirir, dost ölkələrə dəstəyini və prinsipial mövqeyini hər sahədə nümayiş etdirir.

Bundan əlavə, Ərdoğan sabah Madriddə baş tutacaq NATO Zirvəsində PKK/YPG, FETÖ kimi terror təşkilatları haqqında həmsöhbətlərinə doğru məlumat çatdıracağını da qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net