Bakıdan Füzuliyə yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb
Tarix: 25-06-2022, 15:48 | Çap et


Bakı-Füzuli istiqamətində yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb.

APA xəbər verir ki, avtobus saat 7:00-da Bakı Beynəlxalq Avtovağzalından yola düşüb.

Sərnişinlər ilk olaraq İbə türbəsinə baş çəkiblər.

Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərə açılan üçüncü müntəzəm marşrutdur. Bundan əvvəl isə Ağdam və Şuşa şəhərlərinə marşrut təşkil olunub.



Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkilatçılığı ilə bu gün ilk dəfə olaraq Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm avtobus reysi həyata keçirilib.

APA xəbər verir ki, reyslər həftədə 1 dəfə olmaqla şənbə günləri həyata keçiriləcək.

Növbəti mərhələlərdə reyslərin sayı artırıla bilər. Sərnişinlər biletləri yolumuzqarabaga.az portalı vasitəsilə əldə edə bilərlər. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 18 manat 40 qəpikdir.



Qeyd edək ki, biletlər yalnız iki tərəf üçün alına bilər. Bakıdan Füzuliyə 5 saat, geri qayıdış da 5 saat, Füzulidə isə 3 saat ziyarət üçün ayrılıb. Ümumilikdə ziyarət 13 saat təşkil edir. Füzulidə tarixi abidələr ziyarət olunacaq.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net