Bir qrup hərbi qulluqçuya ali hərbi rütbə verilib
Tarix: 25-06-2022, 15:46 | Çap et


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:


"general-leytenant” hərbi rütbəsi

general-mayor Zakir Samiddin oğlu Ağayevə

general-mayor Azər Əli oğlu Əliyevə

"general-mayor” hərbi rütbəsi

polkovnik Nicad Kamandar oğlu Qarayevə

polkovnik Akif Səməndər oğlu Pirverdiyevə

polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova

polkovnik Eldəniz Telman oğlu Yəhyayevə

polkovnik Zaur İlham oğlu Zeynalova

“tibb xidməti general-mayoru” hərbi rütbəsi

tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net