Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb
Tarix: 9-06-2022, 23:14 | Çap et


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşüb.

APA xəbər verir ki, görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib.

Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən, rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net