İsxak Hersoq Prezident İlham Əliyevi İsrailə səfərə dəvət edib
Tarix: 3-06-2022, 21:28 | Çap et


İsrail Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

APA xəbər verir ki, bu barədə İsrail Prezidentinin Müstəqillik Günü ilə bağlı Azərbaycan dövlət başçısına ünvanladığı təbrik məktubunda bildirilib.

Təbrik məktubunda deyilib:

"Ötən həftə baş tutan səmimi və səmərəli söhbətimizdən çox sevindim. Bu cür təmaslar əlaqələrimizin sıx olduğunu və inkişaf etdiyini göstərir. Fürsətdən istifadə edərək, müzakirələrimizi davam etdirmək üçün Sizi rəsmi olaraq İsrailə səfərə dəvət etmək istərdim. Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyinizin açılması üçün də bir fürsət ola bilər".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net