Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq
Tarix: 27-05-2022, 16:50 | Çap et


Azərbaycanda yeni seçki məntəqələri yaradılacaq.
APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədrinin müavini deyib ki, buna səbəb seçici siyahısı dəqiqləşdirilməsindən sonra bəzi məntəqələr üzrə seçici sayının Seçki Məcəlləsində nəzərdə tutulandan çox olmasıdır.
Rövzət Qasımov qeyd edib ki, bundan sonra dairə seçki komissiyaları bu istiqamətdə addımlar atacaqlar.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net