Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib. Bununla da Komissiyanın iclasları başa çatıb.
Sözügedən iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı KONKRET.az-a danışan Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib ki, 28 May – Müstəqillik Günü bayram ərəfəsində dövlət başçısı əfv sərəncamı imzalayacaq:
“Əfv Komissiyasının bu gün iclası oldu. Bu iclasdan sonra Prezident İlham Əliyevə sənədlər təqdim ediləcək. Yəqin ki, 28 May – Müstəqillik Günü bayram ərəfəsində dövlət başçısı əfv sərəncamı imzalayacaq. Lakin sərəncamın nə qədər insanı əhatə edəcəyi hələlik bəlli deyil”.