İtaliya, İspaniya və İsveç səfirləri Rusiya XİN-ə çağırılıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, səfirlərin rusiyalı diplomatların həmin ölkələrdən çıxarılmasına cavab tədbirinin elan olunması ilə bağlı XİN-ə çağırıldığı bildirilib.
Qeyd edək ki, bundan öncə Fransanın Rusiyadakı səfiri də XİN-ə dəvət olunmuşdu. Onun da eyni səbəblərdən Rusiya Xarici Siyasət İdarəsinə çağırıldığı bildirilib.
Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, səfirin Fransanın rusiyalı diplomatların ölkədən çıxarılmasına cavab tədbirinin elan olunması ilə bağlı XİN-ə çağırıldığı bildirilib.