Nazirdən nöqsanlarına görə işdən azad edilən rəislə bağlı YENİ ƏMR
Tarix: 30-04-2022, 12:42 | Çap et
 Nazirdən nöqsanlarına görə işdən azad edilən rəislə bağlı YENİ ƏMR

Daxili işlər orqanlarında nöqsanlarına görə işdən azad edilən rəislə bağlı yeni təyinat olub.
VERTIKAL.AZ Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Nazirin əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin işdən azad edilən rəisi, polis mayoru Aqşin Əhmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat müvəkkili təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdi. Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net