ABŞ Ukraynaya yeni səfir təyin edəcək.
APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ukraynada səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevdə Prezident Vladimir Zelenski ilə görüşü zamanı bildirib.
O, Co Baydenin 2019-cu ilin mayından bəri boş qalan bu vəzifəyə Bricet Brinki təyin edəcəyini qeyd edib.
Bricet Brink hazırda ABŞ-ın Slovakiyadakı səfiridir.
Blinken əlavə edib ki, ABŞ diplomatları gələn həftədən paytaxt Ukraynaya geri qayıdacaqlar.
O vurğulayıb ki, diplomatlar əvvəlcə Lvova, daha sonra ölkənin digər bölgələrinə səfər edəcəklər və nəhayət Kiyevdəki fəaliyyətlərini davam etdirəcəklər.