Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir
Tarix: 23-04-2022, 16:42 | Çap et


Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə, eyni kökə, mədəniyyətə və ənənələrə malikdir. Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunan, SSRİ-nin tərkibindəki müttəfiq respublikanın hər iki ölkəsi arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər Azərbaycan və Qırğızıstan arasında daha da inkişaf etməyə başlamışdır. Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edir, Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəallıq göstərirlər.
Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəkləyən Qırğızıstan çoxmillətli ölkədir. Burada ruslar, özbəklər, ukraynalılar, tatarlar, qazaxlar, taciklər, uyğurlar, almanlar və 1930-1940-cı illərdə buraya sürgün olunan azərbaycanlılar yaşayır.
Hər zaman bir birinə dəstək olan bu xalqların mədəni irsi və ortaq tarixi var. Ticarət əlaqələri Azərbaycan-Qırğızıstan əməkdaşlığının əsas istiqamətlərindəndir. Bununla belə, ölkələrimiz arasında ticarətin həcmi bu sahədə potensialı tam əks etdirmir. Ticarət, eləcə də investisiya sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar daha böyükdür və bu istiqamətdə qarşılıqlı səylərin gücləndirilməsi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələrdə 60-a yaxın Qırğızıstan şirkəti fəaliyyət göstərir.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfəri çərçivəsində aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və eləcə də ölkəmizin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Sadır Japarov ortaq tarixi, dəyərləri, dil və mədəni bağlılıqları olan ölkələrimizin müxtəlif istiqamətlər üzrə münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb, Azərbaycanın etibarlı tərəfdaş olduğunu, Qırğızıstanın ölkəmizlə iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib. Prezident ölkəsində investisiyaların cəlb olunması, sahibkarlığın təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qida sənayesi, yeni texnologiyalar, turizm, kənd təsərrüfatı və sair istiqamətlərdə görülən işlər barədə danışıb, Azərbaycan və Qırğızıstanın biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.
İki dost ölkənin iqtisadi əlaqələrinin, iqtisadi-ticarət tərəfdaşlığının və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsinin səmərəliliyi ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyədə inkişafına xidmət edəcək.
İşgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılan görüşdə biznes tərəfdaşlığının genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məsələlərini əhatə edən sənəd- Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Ölkələrimiz arasında olan isti münasibətlərin daha da vüsət tapması insanların güzəranının yaxşılaşdırılması istiqamətində aparılan işlərdir. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana bu günlərdə baş tutan rəsmi səfəri çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, iki ölkə arasındakı münasibətləri intensivləşdirmək əzmində olunduğu bir daha nümayiş olundu.
Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin sayı günü gündən artmaqdadır. Bu, uzaqgörən siyasəti ilə seçilən, müdrik Prezidentimiz İlham Əliyevin atdığı addımların nəticəsidir.
Bir azərbaycanlı kimi çiçəklənən ölkəmizin uğurları, nəaliyyətləri hər birimizi sevindirir. Yeni Azərbaycan Partiyasınıı üzvü olaraq Prezidentimizlə qürur duyur, onunla fəxr edirik!. Atılan addımlar, görülən işlər, əldə olunan uğurlara görə ona-İlham Əliyevə borcluyuq.

Bakı şəhəri Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin direktoru Səfurə Rəhimova





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net