“Azərbaycan Hava Yolları” Qapalı Səhimdar Cəmiyyəti (AZAL) tərəfindən keçirilən tender müsabiqələrini qalibləri məlum olub.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqələrinin qalibləri “Day.az” MMC və “Trend Analitik İnformasiya Agentliyi” MMC olub.
Müsabiqənin şərtinə görə “Day.az” MMC-yə məxsus “milli.az” və “day.az” internet saytlarında 11 ay ərzində AZAL-ın reklamları yerləşdiriləcək. Reklam formatındakı məlumat sayt yüklənəndən əvvəl 8-10 saniyə ərzində kompyuterin ekranında yer almalıdır. AZAL bu xidmətin qarşılığında “milli.az” və “day.az” saytlarına 43 min 591 manat 12 qəpik ödəyəcək.
“Trend Analitik İnformasiya Agentliyi” MMC-yə məxsus “trend.az” internet saytında isə AZAL-a məxsus press relizlər 11 ay ərzində yayımlanacaq və sosial şəbəkələrdə paylaşılacaq. Bu xidmətlər üçün də AZAL “trend.az” saytına isə 28 min 966 manat 95 qəpik ödəyəcək.