DİM: XI sinfi bitirənlərin təxminən 30%-i kolleclərə və ali məktəblərə sənəd vermir
Tarix: 16-04-2022, 12:39 | Çap et


“Şagird I mərhələdə hansı bal toplamasından asılı olmayaraq, ikinci mərhələdə 100 və ya 150 bal toplayırsa, müsabiqəyə qoşula bilər”.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

O bildirib ki, hər il XI sinfi bitirən şagirdlərin təxminən 30%-ə qədəri ümumiyyətlə orta ixtisas məktəblərinə və ya ali məktəbə sənəd vermirlər: “Yəni buraxılış imtahanı verən hər kəs ali məktəbə sənəd vermir. 200 baldan yuxarı nəticə göstərənlərin də arasında müəyyən şagirdlər var ki, onlar ali məktəblərə sənəd verməyib. Bunlara fərdi yanaşmaq üçün biz bu siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik. Çünki o uşaqların nəticələri çox yaxşıdır və öz yaşıdlarından fərqlənirlər. Təhsil Nazirliyi bunu araşdıracaq”.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net