“Mexaniki sayğacların daha çox yazması kimi fikirlər əsassızdır”.
Lent.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
O bildirib ki, belə fikirlər sosial şəbəkələrə bilərəkdən ötürülür:
“Guya mexaniki sayğacların bir kubmetr əvəzinə iki kubmetr yazması ilə bağlı məlumatlar yayılır. Martın 18-də medianın da iştirakı ilə keçirilən aksiyada sayğaclar yoxlanıldı. Məlum oldu ki, belə fikirlər əsassızdır”.