Parlamentdə komitələr üçün “Şuşa qrafiki” hazırlandı
Tarix: 12-04-2022, 11:54 | Çap et
Parlamentdə komitələr üçün “Şuşa qrafiki” hazırlandı

Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafikləri hazırlanıb.

Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spikerin sözlərinə görə, qrafiklər hazırlanıb və komitə sədrlərinə təqdim ediləcək. Spiker qeyd edib ki, məqsəd “Şuşa ili”nə töhfə verməkdir.

Xatırladaq ki, aprelin 8-də Milli Məclisin iki komitəsinin (Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi) Şuşada birgə iclası keçirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net