Polşaya səfəri çərçivəsində ABŞ Prezidenti Co Bayden bu ölkədə xidmət aparan ABŞ əsgərləri ilə görüşüb.
APA-nın xəbərinə görə, görüş Ukrayna sərhədindən 80 km məsafədə yerləşən Jeşuv şəhərindəki hərbi hissədə baş tutub.
Burada ABŞ-ın Əfqanıstandan çıxarılmış aviabazası yerləşir. Hazırda Polşada 10 500 nəfərlik ABŞ kontingenti xidmət aparır.