Vladimir Jirinovskinin ölüm xəbəri təkzib olunur
Tarix: 25-03-2022, 12:37 | Çap et


Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Vladimir Jirinovskinin ölüm xəbərini təkzib edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, spiker siyasətçinin vəziyyətinin həqiqətən ağır olduğunu deyib, ona sağalmağı arzulayıb.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir, həkimlər mümkün olan bütün tibbi yardımı göstərməkdə davam edirlər.

Qeyd edək ki, 76 yaşlı rusiyalı siyasətçi fevralın 2-dən xəstəxanada COVID-19-dan müalicə olunurdu. Bir müddət əvvəl Jirinovskinin vəziyyətinin ağır olduğu, həkimlərin ona septik şok diaqnozu qoyduğu bildirilmişdi.

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski vəfat edib.

APA-nən Moskva müxbirinin məlumatına görə, koronavirusdan müalicə olunan siyasətçi bu gün səhər saat 10.45-də dünyasını dəyişib.

Məlumatı senator Aleksandr Pronyuşkin də təsdiqləyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net