Ukraynanın daha dörd şəhəri “qəhrəman” statusuna layiq görülüb
Tarix: 25-03-2022, 12:31 | Çap et
Ukraynanın daha dörd şəhəri “qəhrəman” statusuna layiq görülüb

Ukrayna Prezidenti Volodimir Zelenski Axtırka, Buça, İrpen və Nikolayevə “qəhrəman şəhər” titulunu verib.

Bu barədə o, öz çıxışında elan edib.

“Bir neçə mühüm fərman imzaladım: Milli Qvardiyanın yeddi hərbçisinə (onlardan, təəssüf ki, beşinə ölümündən sonra) “Ukrayna Qəhrəmanı” adının verilməsi, Milli Qvardiyanın 240 və Silahlı Qüvvələrin 119 hərbi qulluqçusunun, 14 yerli icma rəhbərlərinin, 31 tibb işçisinin dövlət mükafatları ilə təltif edilməsi və daha dörd şəhərə: Buça, İrpen, Axtırka, Nikolayevə “Ukraynanın Qəhrəman şəhəri” fəxri adının verilməsi haqqında”, - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, müharibə günlərində ukraynalı müdafiəçilər düşməni bütün istiqamətlərdə dəf ediblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net