Ukraynadan 9 azərbaycanlı Moskva vasitəsi ilə Azərbaycana təxliyə olunub
Tarix: 18-03-2022, 17:30 | Çap et
Ukraynadan 9 azərbaycanlı Moskva vasitəsi ilə Azərbaycana təxliyə olunub
Ukraynadan azərbaycanlıların təxliyəsi davam edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, Azərbaycanın Rusiyadakı Səfirliyinin təşkilatçılığı ilə 9 azərbaycanlı Ukraynanın Xerson vilayətindən Moskvaya gətirilib.
İkisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşı olan həmyerlilərimiz bu gün yerli vaxtla Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ukraynadan təxliyə olunan həmyerlilərimizə görüşüb.

Səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə iki mindən çox həmyerlimizin təxliyəsi həyata keçirilib: "Biz də qərara gəldik ki, sizi Moskva vasitəsi ilə Azərbaycana təxliyə edək".

Ukraynadan təxliyə olunan həmyerlilərimiz Fərid Ələsgərov APA-ya açıqlamasında müharibənin ilk 15 günü Ukrayna ərazisində olduğunu söyləyib. O, çalışdıqları gəminin təmiri üçün Xerson şəhərində gözlədiklərini söyləyib: "Daha daha sonra müharibə başladı. Dövlətimizə, prezidentimizə və birinci xanıma bizə sahib çıxdıqlarına görə təşəkkürümü bildiririk"




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net