Türkiyədə xüsusi əməliyyat çərçivəsində İzmir vilayətinin 38 rayonunda FETÖ-çularla əməkdaşlıqda şübhəli bilinən 87 şəxs saxlanılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Anadolu agentliyi xəbər yayıb.
Haqqında həbs qərarı çıxarılanlardan 7-nin Quru Qoşunlarına, 13-nün Hərbi Hava Qüvvələrinə, 8-nin isə Jandarma Baş Komandanlığına aid olduğu bildirilib.