Qoca Səmədov xəstəxanaya köçürülüb, əməliyyat olunub
Tarix: 1-03-2022, 11:00 | Çap et
Qoca Səmədov xəstəxanaya köçürülüb, əməliyyat olunub

Yevlax Rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədov üçüncü dəfə ürək əməliyyatı olunub. DİA.AZ xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, uzun müddətdir ürəyində yaranmış problemlərdən əziyyət çəkən sabiq icra başçısı bu dəfə Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.
Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya məlumatı təsdiq edib. Vəkil bildirib ki, müvəkkilinin təcili olaraq əməliyyat olunma zərurəti yarandığı üçün müalicə müəssisəsindən Bakı Sağlamlıq Mərkəzinə köçürülüb: "Həkimlərin rəyinə əsasən vəziyyəti qənaətbəxş deyil".

Qeyd edək ki, sabiq icra başçısı bundan əvvəl iki dəfə Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatı keçirib.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net