“Döyüş təcrübəsi olan məhkumlar həbsdən azad olunacaq və öz günahlarını ən qaynar nöqtələrdə yuya biləcək.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski növbəti müraciəti zamanı söyləyib.
“Antiterror əməliyyatlarında iştirak edən bir sıra şəxslərdən sanksiyalar götürülür. İşğalçılarla mübarizə aparmağa hazır olan hər kəs bunu etməlidir”, - deyə Zelenski deyib.