AMEA-nın növbəti Ümumi yığıncağında prezident seçiləcək.
Bununla bağlı Oxu.Az-a akademik Nizami Cəfərov məlumat verib.
O bildirib ki, növbəti iclasın tarixi və namizədlərin kimliyi hələ bəlli deyil:
“Ramiz müəllim istefa verdi. Əsas məsələ Akademiyanın taleyidir. Məqsədimiz odur ki, Akademiya fəaliyyətini davam etdirsin”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. Bu barədə qərar AMEA-nın ümumi yığıncağında qəbul olunub.
Bununla bağlı Oxu.Az-a akademik Nizami Cəfərov məlumat verib.
O bildirib ki, AMEA-da prezident vəzifəsini Akademiyanın birinci vitse-prezidenti Arif Həşimov icra edəcək.
AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirən Ramiz Mehdiyev bu gün keçiriləcək ümumi yığıncaqda iştirak üçün Rəyasət Heyətinin yerləşdiyi binaya gəlib.
Bununla bağlı Oxu.Az-ın əməkdaşı məlumat verib.
R.Mehdiyevdən başqa akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Kamal Abdulla da iclasda iştirak edəcək.
N.Cəfərov jurnalistlərin iclasda namizədlərdən kimin seçiləcəyinə dair sualına cavab olaraq bildirib ki, bu, hələ məlum deyil, iclasdan sonra məlumat veriləcək.
K.Abdulla da bildirib ki, ümumi yığıncaqda yalnız bir məsələ müzakirə ediləcək.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.
Oxu.Az xəbər verir ki, iclasın bu gün saat 12:00-da başlayacağı ehtimal edilir.
Namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.
Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.