Şuşa şəhərinin qaz təchizatı şəbəkəsinin xəritəsi hazırlanıb
Tarix: 15-02-2022, 14:46 | Çap et
Şuşa şəhərinin qaz təchizatı şəbəkəsinin xəritəsi hazırlanıb

İşğaldan azad olunmuş ərazilərdə hazırkı mərhələdə mövcud qaz təchizatı şəbəkəsinin inventarlaşdırılması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin işçi qrupu tərəfindən yerində araşdırmalar davam etdirilir.

Bu barədə "APA-Economics" Energetika Nazirliyinin 2021-ci ilin nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Hesabata əsasən, hazırda Şuşa şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində yerləşən keçmiş hərbi hissənin mövcud qaz xətlərinin inventarlaşması yekunlaşıb, qeyd olunan yaşayış məntəqələrində vizual aşkar olunmuş qaz təchizatı şəbəkəsinin elektron xəritələri və şəbəkə barədə texniki məlumatlar hazırlanıb.

Qeyd olunur ki, hazırlanmış elektron xəritələr və şəbəkə barədə texniki məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net