Azərbaycanlı mütəxəssislər “Bayraktar TB-3” PUA-ların hazırlanmasında iştirak edir
Hazırda prototipi təkmilləşdirilən “Bayraktar TB-3” silahlı pilotsuz uçuş aparatı (PUA) 50 saatdan çox havada qala biələcək.
APA-nın məlumatına görə, bunu “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyib.
S. Bayraktar bildirib ki, 6 ton ağırlığında olan “Akıncı” silahlı PUA-lar 26 saat, “Bayraktar TB-2” isə 27 saat havada qalır: “Hazırda prototipi təkmilləşdirilən “Bayraktar TB-3” bunlardan 2 dəfə çox havada qalacaq. Bunları çox gənc qruplar hazırlayır. Qrupumuzda azərbaycanlı qardaşlarımız da var”.