"İdarə heyətində qala bilməz" - Əflatun Amaşovdan İLK AÇIQLAMA
Tarix: 7-02-2022, 09:06 | Çap et
"İdarə heyətində qala bilməz" - Əflatun Amaşovdan İLK AÇIQLAMA

Media nümayəndələrini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.

Musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini də deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının idarə heyətində qala bilməz.

Musavat.com xəbər verir ki, yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net