Dövlət Komitəsinin sədri qadın sahibkarlara çağırış edib
Tarix: 25-01-2022, 11:52 | Çap et
Dövlət Komitəsinin sədri qadın sahibkarlara çağırış edib

“İşgüzar mühitin yaxşılaşdırılması üçün ciddi addımlar atılmaqdadır”.

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığının inkişafına nail olunmalıdır: “İlk olaraq hazırda fəaliyyət göstərən sahibkarlar artıq məskunlaşma üçün hazır olan Zəngilanın Ağalı kəndi və Ağdamda məskunlaşacaq sakinlərin tələbatına uyğun layihələri həyata keçirməlidirlər. Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarında ailə təsərrüfatlarının yaradılması qadın sahibkarlar üçün vacib gündəlik ola bilər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net