Milli Məclisdə Amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək.
APA-nın məlumatına görə, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.
Qeyd edilib ki, komitədə sessiya müddətində“Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələr keçiriləcək.