Britaniya XİN başçısı Rusiyaya səfər edəcək
Tarix: 22-01-2022, 12:20 | Çap et
Britaniya XİN başçısı Rusiyaya səfər edəcək

Rusiya tərəfi Böyük Britaniyanın xarici işlər naziri Liz Trussun Moskvaya səfərlə bağlı müraciətini qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, səfər cari ilin fevralında planlaşdırılıb.

“Britaniya xarici işlər naziri Lavrovla danışıqlar aparmaqla üçün Moskvaya səfər etməklə bağlı müraciət edib. Moskva səfərin fevralda baş tutmasına razılıq verib”, - mənbə TASS-a bildirib.

Qeyd edək ki, “The Times” nəşri Britaniya hökumətindəki mənbəyə istinadən 2021-ci ilin sentyabrında vəzifəsinə başlayan L. Trussun fevralın əvvəlində Rusiyaya səfər edə biləcəyi haqqında məlumat paylaşıb. Rusiyanın Londondakı səfiri Andrey Kelin isə bildirib ki, Moskvaya L. Trussun səfəri ilə bağlı rəsmi müraciət daxil olmayıb. Böyük Britaniya xarici işlər nazirləri 2017-ci ildən sonra Rusiyaya səfər etməyiblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net