ABŞ səfirliyi 20 yanvar faciəsi ilə bağlı “Tvitter”də paylaşım edib.
APA-nın xəbərinə görə, paylaşımda deyilir:
“Biz bu gün azərbaycanlılarla birgə kədərini paylaşır və həlak olanları yad edirik. Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq”.