Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar fransalı diplomatlarla birlikdə Azərbaycan və Ermənistana səfər edəcək.
APA-nın xəbərinə görə T. Klaar bu barədə “Twitter” hesabında paylaşım edib.
Bildirib ki, Brüssel görüşlərinin ardınca fransalı diplomat İsabel Dumont və digər həmkarları ilə Aİ-Fransa birgə səfəri çərçivəsində qarşıdakı günlərdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə substantiv görüşlər keçiriləcək.