Mədəniyyət naziri Tağıyevin heykəli ilə bağlı səslənən tənqidlərə münasibət bildirib
Tarix: 19-01-2022, 23:36 | Çap et
  Mədəniyyət naziri Tağıyevin heykəli ilə bağlı səslənən tənqidlərə münasibət bildirib

"Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı".

Bunu mədəniyyət naziri Anar Kərimov APA-ya açıqlamasında deyib.

A.Kərimov bildirib ki, Zeynalabdin Tağıyevin heykəli açıq müsabiqə yolu ilə hazırlanıb: “Açıq müsabiqədə bir çox layihə eskizləri təqdim edilmişdi. Ekspert komissiya seçimlərində çox səslə hazırkı əsər qalib gəlmişdi. Tənqidlərə gəldikdə isə tənqid hər zaman var. Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı. Ona görə də biz çalışmalıyıq ki, hər tərəfin mövqeyini nəzərə alaq".

Nazir özü heykəli bəyəndiyini vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net