İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, İradə Gülməmmədova 2015-ci ilin sentyabrından Abşeron RİH-yə rəhbərlik edirdi.