Ermənilərin Tərtər rayonu ərazisindəki mədən yaxınlığında yaratdığı zəhər gölü... - FOTO
30 illik işğal dövründə işğalçı və separatçı ermənilərin Azərbaycan torpaqlarına vurduğu ekoloji zərərlər haqda çox danışılıb, çox yazılıb. Artıq düşmən yazarları özləri də belə faktları etiraf etməyə başlayıb. DİA.AZ moderator.az-a istinadən xəbər verir ki, bu cür faktlardan birini Rusiya mediasında eməni bloger David Simonyan təqdim edib.
D.Simonyan Tərtər rayonunun ermənilərin “Akop Kamari” adlandırdığı Lüləsaz kəndinə səfər zamanı kənd yaxınlığında yanından keçdiyi hövzə haqda belə deyir: “İlk baxışda bu göldür, əslində mədəndən çıxan zəhərli kimyəvi tullantılardır...”
Xatırladaq ki, Moderator.az ötən ilin oktyabrında ermənilərin “Varknataq”, yaxud “Akop Kamari” adlandırdıqları, inzibati-hüquqi cəhətdən Tərtər rayonuna aid olan Lüləsaz kəndində separatçı-terrorçu rejim tör-töküntülərinin əski parçası qaldırılması haqda da yazıb.
1992-ci ilin yayındakı uğurlu Ağdərə-Goranboy əməliyyatı zamanı Azərbaycan ordusunun igid döyüşçüləri keçmiş Ağdərə rayonunun onlarla kəndi kimi Lüləsazı da erməni işğalından azad edib. Təəssüf ki, sonradan - daxili və xarici təxrubatlar sayəsində 1993-cü ilin yayında Ermənistan ordusu kəndi yenidən işğal edib. Lüləsaz uğrunda döyüşlər zamanı neçə-neçə döyüşçümüz şəhid olub və yaralanıb...