Azad edilmiş ərazilərin bərpasına ayrılmış vəsaitlərin auditi həyata keçiriləcək
Hesablama Palatası tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün ayrılmış vəsaitlərin auditi həyata keçiriləcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün ayrılmış vəsaitlərin auditinin həyata keçirilməsi gözlənilir.