Bakı və Naxçıvan Muxtar Respublikası arasında güclü dumana görə təxirə salınan aviareyslər bərpa olunub və təyyarələr bu istiqamət üzrə hərəkət edir.
Heydər Əliyev Beynəlxalq Hava Limanından “APA-Economics”ə verilən məlumata görə, hazırda sözügedən istiqamət üzrə aviareyslər həyata keçirilməkdədir.
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarənin kapitanı aeroporta qayıtmağa qərar verib.
AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.