"Gəncənin bombalanması çox böyük səhv idi" - Erməni ekspertdən ETİRAF
Tarix: 3-01-2022, 14:43 | Çap et
"Gəncənin bombalanması çox böyük səhv idi" - Erməni ekspertdən ETİRAF

“Gəncənin bombalanması çox böyük səhv idi”.

DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə erməni ekspert açıqlama verib. O, 44 günlük müharibə zamanı oktyabrın 10-dan 11-nə keçən gecə Gəncənin bombalanmasını “böyük səhv” adlandırıb.

“Oktyabrın 10- dan 11-nə keçən gecə Ermənistan Gəncəni bombalayır, yatmış dinc Gəncə əhalisini raket atəşinə tutur. Mən indi öz fikirlərimi deyəcəm, bilirəm ki, çoxları məni qınayacaq, tənqid edəçək, vətənpərvər olmamaqda günahlandıracaq, amma mən bunu deməliyəm. Hesab edirəm ki, bu, çox böyük bir səhv idi”.

O, Azərbaycana, ümumiyyətlə türklərə qarşı çıxışları ilə tanınır. Lakin bu çıxışı “divan qəhrəmanları” olan erməniləri həqiqətən özündən çıxarıb.

Sadə erməni xalqı isə Ermənistanın sosial-iqtisadi problemlərindən canını qurtarmaq üçün köçüb gedir, ölkəni həmişəlik tərk edir, hətta Azərbaycanda yaşamağı arzulayır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net