“Regionda sülhə mane olan qüvvələr kimlədir?” - Türkiyəli general açıqladı
Tarix: 3-01-2022, 14:39 | Çap et
“Regionda sülhə mane olan qüvvələr kimlədir?” - Türkiyəli general açıqladı

Qafqazlarda Azərbaycanın qazanmış olduğu böyük zəfərdən sonra sülhün, istiqrarın, güvənin təməllərinin qoyulmasından bir il keçib. Bu yeni statusun bölgəyə və digər ölkərə təsirini göstərmək istəyən birinci ölkə Azərbaycandır. Türkiyə və Rusiya dövlətləri bölgədə sülh yaranması üçün bərabər səylər göstərirlər. Sülhü istəməyənlər kimlərdir? Başda Ermənistan və onun baş naziri Nikol Paşinyandır". DİA.AZ xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. O daha sonra bildirib:

"Ermənistanı 200 ildir maşa kimi istifasdə etmək istəyən diaspora özünü Avropa və Amerikaya sülh istəyirlərmiş kimi göstərib, əl altından onun pozulmasına və vəziyyətin olduğu kimi davam etməsinə çalışırlar. İran da daxil olmaqla, bəzi bölgə ölkələri bu yeni statusda öz mövqeyinin zəiflədiyini düşünərək sülhə dəstək olmur. Sülhü pozmağa çalışan əsas qüvvələrdən biri də Xocalıda əliqanlı qatillər, ordu içərisində imtiyazlarını itirmək qorxusu içərisində olan qruplar və onların siyasi uzantılarıdır. Azərbaycanın işğaldan azad etmiş olduğu Azərbaycan torpaqlaırnı geri almaqdan bəhs edirdilər.

Azərbaycan dövləti özünə qarşı açılan hər atəşə artıqlaması ilə qarşılıq verməlidir. Bunu edərkən hüquq çərçivəsində beynəlxalq ictimaiyyət də məlumatlandırılmalıdır. Axan hər bir damla qanın hesabı qisasa qisas şəklində alınmalıdır. Əgər bu terror fəaliyyətlərinə kifayət qədər qarşılıq verilməzsə, bu cür hallar davam edəcəkdir. Bu qərarlılıq göstərilməlidir. Sülh anlaşmasına gedən uzun incə bir yol var. Bu anlaşmanın olmasını istəməyən qüvvələr hər an, hər dəqiqə qışqırdıcı davranışla, ikiüzlü siyasətlə bu terror fəaliyyətlərini davam etdirəcəklər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net