“Azərbaycan 21 dustağı İrana təhvil verəcək".
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi deyib.
Diplomat bildirib ki, İran XİN-in başçısı Hüseyn Əmir Abdullahiyanın Azərbaycana səfərindən sonra səfirliyin səyi və Azərbaycan rəsmilərinin humanistliyi ilə bu ölkədə həbsdə olan 21 İran vətəndaşı ölkələrinə təhvil veriləcək. Onlar yaxın günlərdə İrana göndəriləcək.
Səfir qeyd edib ki, təhvil veriləcək dustaqlardan üçü qadındır.