Hacıqabulda “Chevrolet Damas”, “Labo”, “Lacetti”, “Tracker”, “Malibu” avtomobillərinin yığılmasına başlanıldı
Tarix: 29-12-2021, 14:36 | Çap et
Hacıqabulda “Chevrolet Damas”, “Labo”, “Lacetti”, “Tracker”, “Malibu” avtomobillərinin yığılmasına başlanıldı

2021-ci il dekabrın 28-də “Azərmaş CP” MMC-nin Hacıqabul şəhərindəki istehsalat xətti istehsalın inkişafının ikinci mərhələsinə - zavodda “Chevrolet Damas”, “Labo”, “Lacetti”, “Tracker” və “Malibu” markalı avtomobillərin yığılmasına başlanılıb.

Hacıqabulda “Chevrolet Damas”, “Labo”, “Lacetti”, “Tracker”, “Malibu” avtomobillərinin yığılmasına başlanıldı

“Chevrolet Nexia” və “Cobalt” markalı avtomobillər bu ilin sentyabr ayından “Azərmaş CP” zavodunun istehsal bazasında yaradılıb. Bütün məhsullar “General Motors” (ABŞ) tərəfindən müəyyən edilmiş qlobal standartlara uyğun istehsal olunur. Bu istiqamətdə növbəti addımlar Azərbaycanda “Chevrolet” model portfelinin yeni perspektivli modellərlə doldurulması, eləcə də növbəti illərdə istehsalın mərhələli şəkildə artırılması olacaq:

Hacıqabulda “Chevrolet Damas”, “Labo”, “Lacetti”, “Tracker”, “Malibu” avtomobillərinin yığılmasına başlanıldı

2022-ci ilin sonuna qədər il ərzində zavodda ən azı 5000 avtomobil istehsal gücünə çatması planlaşdırılır.

Xatırladaq ki, Bakı şəhəri yaxınlığında yerləşən Hacıqabul sənaye məhəlləsinə daxil olan “Azərmaş CP” “STA İNŞAAT” MMC (Azərbaycan) və “AVTOSANOAT İNVEST” MMC (Özbəkistan) tərəfindən təsis edilmiş birgə şirkətdir.

Hacıqabulda “Chevrolet Damas”, “Labo”, “Lacetti”, “Tracker”, “Malibu” avtomobillərinin yığılmasına başlanıldı

Layihənin həyata keçirilməsi tərəflər arasında 21 iyul 2021-ci il tarixli razılaşmalar sayəsində mümkün olub. 2019-cu ilin oktyabrında Türk Şurasının Bakıda keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti və Özbəkistan Prezidentinin görüşündə qardaş dövlətlər arasında münasibətlərin yeni səviyyəsi elan edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net