Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatı Şalva Papuaşvili parlamentin spikeri postuna təsdiqlənib.
APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin bu gün keçirilən iclasında baş tutmuş səsvermədə deputatlardan 88-i onun lehinə, 1-i isə əleyhinə səs verib.
Yeni sədrin təsdiqlənməsi üçün minimal 76 səsə ehtiyac olub.
Qeyd edək ki, sabiq sədr Kaxa Kuçava dekabrın 24-də istefa verib. O, istefasını yaxın gələcəkdə vacib dövlət layihələrindən birinə rəhbərlik edəcəyi ilə əlaqələndirib.