4 il əvvəl ölən şəxs nazirlikdə “vəzifə başındadır” - FOTOFAKT
Tarix: 23-12-2021, 13:22 | Çap et
4 il əvvəl ölən şəxs nazirlikdə “vəzifə başındadır” - FOTOFAKT

Gənclər və İdman Nazirliyinin saytında 4 il əvvəl rəhmətə gedən şəxsin hələ də vəzifədə olduğu göstərilib.
DİA.AZ bakupost.az-a istinadən xəbər verir ki, nazirliyin İdman Federasiyaları bölməsində Kontakt Karate Federasiyasının prezidenti vəzifəsində Ağayev Ariz Arif oğlu göstərilib.
O isə 2017-ci ildə infarktdan dünyasını dəyişib. Bu barədə bütün KİV vasitələri məlumat yayıb.

Qeyd edək ki, dövlət qurumların saytlarınının yenilənməməsi ilə bağlı dəfələrlə yazılar yazılıb. Çünki əksər nazirliklərin, qurumların saytları yenilənmir və informasiyalar köhnədir. Yuxarıda qeyd etdiyimiz fakta isə təsadüfən, Gənclər və İdman Nazirliyi ilə bağlı araşdırma yazı üçün nazirliyin saytına daxil olduqda qarşımıza çıxdı.4 il əvvəl ölən şəxs nazirlikdə “vəzifə başındadır” - FOTOFAKT




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net