Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Türkiyə Xarici İşlər Nazirliyinin Suriya üzrə nümayəndəsi Ünal Selçukla görüşüb.
APA nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə rusiyalı diplomat türkiyəli həmkarına Astana formatında keçirilən danışıqlarda Suriyanın ərazi bütövlüyü məsələsinin həllinin vacibliyini bildirib.
Onun sözlərinə görə, bütün tərəflər Suriyada vəziyyətin sabitləşməsində maraqlıdır və buna görə də “Astana” prosesinin zəmanətçi ölkələri (İran, Rusiya, Türkiyə) Suriyanın suverenliyi və ərazi bütövlüyünə sadiqliklərindən danışırlar: “Ancaq gördüyümüz kimi, çətinliklər var, onları həll etmək lazımdır”, - deyə Lavrentyev Türkiyə nümayəndə heyəti ilə görüşdə söyləyib.