"Sərhəddə gərginliyi azaltmaq üçün ciddi tədbirlərə ehtiyac var" - KTMT-nin baş katibi
Tarix: 21-12-2021, 12:16 | Çap et
  "Sərhəddə gərginliyi azaltmaq üçün ciddi tədbirlərə ehtiyac var" - KTMT-nin baş katibi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirib.

DİA.AZ “Report”a istinadən xəbər verir ki, o, bu barədə “Armenpress” agentliyinə müsahibəsində deyib.

S.Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir: “Biz noyabrın 26-da Soçidə əldə olunmuş razılıqları dəstəkləyirik. Azərbaycanla Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması, həmçinin sərhədlərin müəyyənləşməsinə dair komissiyanın yaradılması istiqamətində işləmək lazımdır. Aydındır ki, gərginliyi azaltmaq üçün həmişəkindən daha ciddi tədbirlərə ehtiyac var”.

Xatırladaq ki, bu gün S.Zasın Ermənistana üçgünlük səfəri başlayır. Səfər çərçivəsində o, ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net