Monteneqroda "omikron" ştamına 5 yoluxma qeydə alınıb
Tarix: 18-12-2021, 04:15 | Çap et
Monteneqroda "omikron" ştamına 5 yoluxma qeydə alınıb
Monteneqroda "omikron" ştamına 5 yoluxma halı aşkar edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Məlumata görə, yoluxanların vəziyyəti qənaətbəxşdir.

Son məlumata görə, 620 min nəfər əhalisi olan ölkədə pandemiya başlayandan indiyədək 160 457 COVID-19 xəstəsi müəyyən edilib ki, bu müddət ərzində 2 367 nəfər dünyasını dəyişib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net