İqtisadiyyat Nazirliyində yeni təyinat olub - ƏMR
Tarix: 14-12-2021, 17:27 | Çap et
İqtisadiyyat Nazirliyində yeni təyinat olub - ƏMR

İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzininin icraçı direktoru vəzifəsinə təyinat olub.

DİA.AZ bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Tamerlan Tağıyevə həvalə edilib.

T.Tağıyev bu təyinata qədər İslam İnkişaf Bankının (IsDB) Azərbaycan nümayəndəliyinin rəhbəri vəzisində çalışıb.

Hazırda o, həm də IsDB-nin Direktorlar Şurasının üzvüdür.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net