“Respublika” qəzetinə maliyyə yardımı ediləcək
Tarix: 10-12-2021, 12:43 | Çap et
“Respublika” qəzetinə maliyyə yardımı ediləcək

“Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, “Respublika” qəzeti redaksiyasına da bu qərarla müəyyən edilmiş normaya uyğun həcmdə qəzet kağızının alınması və qəzet redaksiyalarının çap və icarə haqqı xərclərinin ödənilməsi üçün hər il dövlət büdcəsində "Azərbaycan" nəşriyyatına müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq.

Dəyişikliyə görə, dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Respublika” qəzetinin redaksiyasına illik 1534 min tirajın hər bir nüsxə 10 səhifə ilə 111 ton qəzet kağızına olan illik tələbatı dövlət büdcəsinin vəsaiti hesabına alınacaq.

Qərara əsasən, “Bakinski raboçi” qəzetinin illik tirajı 166 minə və Qəzet kağızına illik tələbat 12 tona endirilir. Əvvəl bu qəzetin illik tirajı 1700 min və qəzet kağızına illik tələbat 123 ton müəyyən edilmişdi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net